» » Faiq Ağayevə vəzifə verildi


Xalq artisti Faiq Ağayevə vəzifə verilib.

starxeber.az-ın məlumatına görə, müğənni “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.

Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”