» » “Sizin torbanızı mən tikmişəm?” -


Müğənnilər Sevil, Sevinc bacıları və prodüser Tarix Əliyev (Tolik) "5/5" verilişində qonaq olub.

Proqram zamanı Tolik "Hər şey daxil" verilişindən əkizlərin ayrılması ilə bağlı danışıb.

"Mənim adım bəddamdır. Əkizlər çıxdı bu verilişdə dedi ki, torbamızı tikən tikib. Sizin torbanızı mən tikmişəm? O vaxtdan ürəyimdə qalıb. Niyə elə dediniz" deyə, bacılara sual ünvanlayıb.

İfaçılar isə "Efir elədir ki, zarafatla elə deməlisən ki, saytlara, tamaşaçılara maraqlı olsun. Bizim torbamızı o, tikməyib" sözləri ilə cavab verib.

"İki milyon izləyicinizin 1milyon 800 mini mənə elə qarğış edirdi ki, səhər evdən çıxanda düşünürdüm ki, öləcəm" deyə, Tolik iradını bildirib.

///axsam.az