» » Ülviyyə ARB-dən getdi:


ARB telekanalında yayımlanan "Tərz +" verilişində aparıcı dəyişikliyi baş tutub.
 
Layihənin aparıcısı Ülviyyə Xəlilbəyli sözügedən layihədən ayrılıb. Bu haqda aktrisa özü məlumat verib:

"Bu həftədən etibarən "Tərz + " -un aparıcısı mən olmayacağam. Hamıya uğurlar".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli "Vicdan haqqı" serialından sonra məşhurlaşaraq, həmkarı Murad İsmayıl ilə ailə həyatı qurub.