» » Rəqsanə Alovlunu hədələdi -


"Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onla əlaqəli deyil artıq".

starxeber.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova jurnalist Ülviyyə Alovlunun onun və qızı Aysun İsmayılovanın haqqında dediyi sözlərə münasibət bildirərkən deyib.

"Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.

O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən" deyə, Rəqsanə İnstaqram hesabında yazıb.