» » Dia.az-ın baş redaktoru deputatlığa namizəd oldu


Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) qarşıdan gələn Milli Məclis seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə starxeber.az-a açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, artıq sənədlərini 47 saylı Mingəçevir seçki dairəsinə təqdim edib.

Xatırladaq ki, Məhəmməd Ərsoy 2005-ci ildə də eyni dairədən namizəd olmuşdu və həmin il seçicilərin əksəriyyətinin səsini toplasa da, qələbəsini rəsmiləşdirə blməmişdi.