» » Xuraman Şuşalı: "Uşağımın ağzı nədir başqa dini seçsin?"


Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Bununla bağlı "Yeni Sabah"a açıqlama verən müğənni Xuraman Şuşalı bu qərarı dəstəklədiyini bildirib: "Uşaqların az yaşlarında dinlərlə tanış olması çox yaxşıdır. Amma ilk olaraq İslamı tam öyrənməlidirlər. Çünki bizim kökümüz var. Kökümüzü bilməliyik ki, başqa dinləri də öyrənə bilək".


"Övladınız dinlərlə tanışlığından sonra onun din seçiminə müdaxilə edərsiniz?" sualına xanım sənətçi qəti cavab verib: "Əlbəttə, edərəm. Onun ağzı nədir ki, başqa dini seçsin? Haqqımı ona halal etmərəm".

///Axsam.az