» » Aybəniz Haşımova qızı ilə kürəkəninin fotosunu paylaşdı


Əməkdar artist Aybəniz Haşımova instaqramda qızı Aynişan Quliyeva və kürəkəni Kənan Əliyevin fotosunu paylaşıb.

starxeber.az xəbər verir ki, Aybəniz Haşımova qızı ilə nişanlısının fotosunu şəxsi instagram hesabında paylaşıb. Nişan mərasimində çəkilən fotoda A. Haşımovanın bacısı Şahnaz Haşımova və anası da yer alıb.

Aybəniz Haşımova paylaşdığı fotoya bu şərhi yazıb:

"Evlilik məsələsi yaman həyəcanlı imiş. Özü də söhbət övladdan gedərsə... O gündən yuxum qaçıb, xəbəriniz var?! Telefonum susmur. Bütün dostlarım sevinir. Balamın bu bu şad günü ilə bağlı təbrik edənlərə təşəkkür edirəm”.