Bu barədə “Show news”a müsahibəsində danışan model xoşbəxt olduğunu bildirib:
“Qismət olarsa, toyumuz orucluqdan əvvəl, apreldə olacaq. 33 yaşım var artıq, mən yaşda meşədə ağac qalmayıb. Sevdim və düşündüm ki, həyatımın qadınını tapmışam”.
R.Cəbrayılov ata olmaq arzusundan da söz açıb:
“33 il ərzində 100-ə yaxın ölkədə olmuşam. Xarici ölkələrə getməyə ara verəcəyəm. Gecə gəzintilərim, dostlarla görüşlərim azalacaq. Normal ailə başçısı olacağam. Vətənə, millətə layiqli övladlar yetişdirmək istəyirəm”.