» » İlkin Həsəninin ATV-dən çıxarılması xəbərinə -


Aktyor-aparıcı İlkin Həsəninin parlament seçkilərini tənqid etdiyinə görə “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətindən (ATV) çıxarılması xəbərinə telekanaldan rəsmi münasibət bildirilib.

starxeber.az xəbər verir ki, ATV-nin icraçı direktoru İsmayıl Həsənov Sabah.az-a verdiyi açıqlamasında bildirib ki, İ.Həsəni ATV-nin rəsmi əməkdaşı deyil, onunla yalnız prodakşn vasitəsilə əməkdaşlıq edilir:

“Bu, məlumat doğru deyil. ATV telekanalı bir neçə müddətdir İlkin Həsəni ilə prodakşn üzərindən əməkdaşlıq edir. 

Hazırda da onun rəhbəri olduğu prodakşnın “Buğlama” layihəsi kanalda yayımlanır”.