» » Röyanın konsertinə bilet bitdi - 1gün daha artırıldı


Xalq artisti Röya Ayxan konsert məşqlərini gərgin şəkildə davam etdirir.

starxeber.az xəbər verir ki, sənətçi mart ayında verəcəyi konsertlərdə dəyişiklik edib və konsert 3 gün yox, 4 gün davam edəcək.

Belə ki, konsert biletlərinin bitməsi ilə əlaqədar olaraq mart ayının 7-si də konsertə bilet satışı başlayıb.

Müğənni açıqlamasında bildirib ki, 6 mart tarixində konsertə giriş xanımlar üçün pulsuz olacaq.

7,8,9 mart tarixlərində isə konsert biletləri hazırda iticket.az saytında satışdadır.