» » Təhsil Nazirliyindən "Məsti Xumar"a oynayan müəllim barədə açıqlama


Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə "Məsti Xumar" mahnısına rəqs etməsinə təhsil nazirliyindən münasibət bildirib.

starxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, sözügedən müzakirələri dəyərləndirirlər:

"Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil".

Xatırladaq ki, ibtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli sözügedən görüntünün ona aid olduğunu unikal.org-a təsdiqləyib. Bildirib ki, video görüntü dərs və iş saatımda baş verməyib.