» » Seyran İsmayılxanov "Ağacda alma"nı 2 dildə ifa edib - Video


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov yeni layihəsini təqdim edib.

starxeber.az xəbər verir ki, sənətçi “Ağacda alma” xalq mahnısını yeni aranjimanda və tərzdə ifa edib. Bundan əlavə, Seyran sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissorluq edib.

Mahnı 2 dildə - Azərbaycan və alman dilində ifa olunub. 
Sözügedən layihə Seyran İsmayılxanovun “YouTube” səhifəsində yayımlanıb.