» » Bu mahnı “Aşık”i geridə qoydu


Türkiyənin moda siması sayılan serb əsilli İvana Sert  məşhurları  geridə qoyub.

starxeber.az xəbər verir ki, İvananın yeni "İmalat Hatası" mahnısı dünyaca məşhur internet mağazası "iTunes" Türkiyədə ən populyar 100 mahnı siyahısına düşüb.

Mahnı Madonna,  Ziynet Sali, Demet Akalın, Mustafa Sandal, Gökselin  mahnılarının da yer aldığı siyahıda 72-ci yerdə qərarlaşıb. İvana Sertinin mahnısı Tarkanın "Beni çok sev"ni,  Adelenin "Someone like you"nu, Candan Erçetinin "Melek"ni,  Ebru Gündeşin "Aşık"ni, George Michaelin "Careless whisper"ni və Emrah Karadumanın "Sürgün aşkımız"nı  geridə qoyub.

Qeyd edək ki, bəstənin sözləri Şehrazata, musiqisi Murat Yeterə məxsusdur.  Rejissorluğunu Metin Arolatının etdiyi klip 24 saata çəkilib. Çəkilişlərdə rəqs qrupu da iştirak edib. İvana çəkiliş zamanı qiymətli daşlarla bəzədilmiş 15 kiloqram ağırlığında paltar geyinib.