» » Moskvada yenidən Tarkan fırtınası əsəcək


Türkiyənin məşhur müğənnisi, meqastar Tarkan konsert turu çərçivəsində 10 ildən sonra Moskva və Kazanda konsert verəcək.

starxeber.az  xəbər verir ki, bu barədə qastrolların təşkilatçısının mətbuat xidməti məlumat yayıb. Tarkan  mayın 11-də Kazan Tatneft Arenada, 14-də isə azərbaycanlı biznesmen Araz Ağalarovun sahib olduğu “Crocus City Hall”da (Moskva) səhnəyə çıxacaq.  

Musiqili gecə Türkiyə- Rusiya Qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində həyata keçiriləcək. Türkiyə KİV-ləri yazır ki, pop ulduz hər iki konsert üçün 1 milyon dollar qonorar əldə edəcək. 

Meqastar sonuncu dəfə Moskvada 2009-cu ildə çıxış edib.