» » Xalq artisti ilə vida mərasimi olmayacaq


74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək.

Bu haqda Axşam.az-a aktyorun yaxınları deyib. Bildirilib ki, buna səbəb hazırda teatrların fəaliyyətinə müvəqqəti fasilə verilməsidir.

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə bir çox əyləncə, təhsil müəssisələri fəaliyyətini dayandırıb.

Bildirilib ki, R.Dadaşovla vidalaşmaq istəyənlər sabah II Fəxri xiyabanı gəlsinlər. Aktyorun nəşi saat 14:00-da yaşadığı evindən götürüləcək.