» » “200 min insanın ölməsi yaxşı nəticədir” -


Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus barədə ABŞ Prezidenti Donald Trampın açıqlamaları sosial mediada geniş müzakirə olunub.

starxeber.az xəbər verir ki, o, ölkəsində koronavirusa yoluxanların sayının 2 həftə ərzində daha da artacağını bildirib və ciddi tədbirlər görüldüyünü söyləyib.

“Heç nə etməsəydik, 2,2 milyon insanın ölməsi gözlənilirdi. Ancaq bu rəqəmin qarşısında 100-200 min insanın ölməsi yaxşı nəticədir” deyə, D.Tramp bildirib.

Qeyd edək ki, Amerikada indəyədək 142 min 735 nəfər koronavirusa yoluxub. Onlardan 2489 nəfərini həyatını itirib.