» » Dəhşət: Təzə gəlin 17 günlük ərini öldürdü - SƏBƏB isə...


Türkiyədə 20 yaşlı Səmra Çolak 17 günlük həyat yoldaşı olan Yunus Çolakı öldürdü.

starxeber.az  BiG.AZ-a istinadən xəbər verir ki, hadisə Əskişəhərdə baş verib. 

Bıçaqla ağır yaralanan Yunus polislərə bilmədən bıçağın üzərinə yıxıldığını söyləyib.

Amma polislər ona inanmayıb və onun həyat yoldaşını sorğu-sual ediblər. Qadın əri ilə mübahisə etdiklərini və ona bıçaq atdığını etiraf edib. Amma onu xəsarət yetirmək istəmədiyini bildirib. Qadın həbs olunub.

Yunus Çolak isə dünən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.