» » Naxçıvanda indiyənədək 18 nəfərdə koronavirus aşkarlanıb


Naxçıvanda indiyənədək 18 nəfərdə koronavirus aşkarlanıb.

starxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvanda nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda qeyd olunur.