» » Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü


Martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.

Bu barədə starxeber.az-a  Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 8-i ölüb.

Azər Maqsudovun sözlərinə görə, toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur.