» » İbrahim Tatlısesin qızında da virus tapıldı


İbrahim Tatlısesin musiqiçi qızı Dilan Çıtak Tatlıses də koronavirusa yoluxub.

Dilan bu barədə sosial şəbəkədə məlumat verib:

“Oynaq ağrılarıma və dadbilmə qabiliyyətimin yoxa çıxmasına görə COVİD-19 testindən keçdim.

Analizin cavabları müsbət çıxdı”.

Qeyd edək ki, Dilan Çıtakın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuşdu. Müalicəsi bitən Levent artıq evə buraxılıb.

///AXSAM.AZ