» » “Səni koranavirusa yoluxdurdum” deyib 17 yaşlı oğlana


İstanbulda 42 yaşlı qadın tanışlıq saytında yaşını kiçildərək tanış olduğu 17 yaşlı bir yeniyetməni bıçaqla hədələyərək onunla cinsi əlaqədə olub. Daha sonra o, yeniyetməyə “Sənə virus yoluxdurdum” deyərək onu qorxudub.

“Ölkə.Az” xəbər verir ki, qadın əvvəlcə yeniyetməni aldadaraq evinə çağırıb. Çağırılan yerə gələn oğlan qarşısında ortayaşlı qadını gördükdə  oranı tərk etmək istəyib.

Lakin qadın ona hədə qorxu gələrək 100 türk lirəsi tələb edib. Daha sonra isə onunla cinsi əlaqədə olmağa məcbur edib. Evdən qorxu içində ayrılan oğlan hadisəni anasına danışıb. Ana dərhal qadını polisə şikayət edib.

Aparılan araşdırmalardan sonra Seval D.-ya "uşağa zor tətbiq etməklə cinsi istismar, uşağa cinsi zor tətbiqetmə, silahlı soyğunçuluq"  ittihamları ilə cinayət işi açılıb. Əgər qadının əməlləri sübuta yetirilərsə onu 52 il həbs cəzası gözləyir.