» » Karantin müddəti ərzində Aygün Kazımova nə edir? -Video


Koronavirusla bağlı ölkədə karantin müddətində Xalq artisti Aygün Kazımova boş dayanmır. 

starxeber.az xəbər verir ki, sənətçi sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Aygün rəqs edərkən görüntülərini lentə alıb. Kazımova videosuna "Günlük karantin idmanından öncə isinmə hərəkətləri. Evdə qal, idman et" qısa şərhini yazıb.

Aygünün videosu bir neçə dəqiqəyə 20 mindən çox bəyəni toplayıb.

Müğənni “Siz də hərəkətdə qalın, əzizlərim” deyərək, izləyicilərinə səslənib.