» » Hər uşağa görə ailələrə 3 ay ərzində 5000 rubl


Rusiya prezidenti Vladimir Putin karantin rejimi dövründə uşaqlı ailələrə yardım göstərilməsi barədə sərəncam verib.

Bu barədə Kremlin saytında yazılıb.

Sərəncama əsasən, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə  5 min rubl (təxminən 112 manat) pul veriləcək.