Azərbaycanda polislər koronavirusa yoluxub -

Azərbaycanda polislər koronavirusa yoluxub - Az öncə açıqlandı...

Sosial 21-apr, 14:35 38
“Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır:

“Çünki, onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maariflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.

E.Zahidovun sözlərinə görə, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir:

“Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.

Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:

“Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”. //Modern.az
Oxşar xəbərlər
z