» » Bakıda bu tarixdə küçəyə çıxmaq qadağandır -


Mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib. “Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.