» » Kənan və Sinemin qızı olacaq


Türkiyəli aktyor Kənan İmirzalıoğlu və həyat yoldaşı, aktrisa Sinem Kobalın valideyn olacağı deyilir.

4il əvvəl ailə quran cütlük açıqlamalarının birində 2018-ci aildə övlad sahibi olmaq istədiyini bildirmişdi. Lakin bu, onlara qismət olmamışdı.

Bu gün isə Sinemin hamilə olması ilə bağlı iddialar irəli sürülüb. Yayılan məlumata görə, məşhur cütlüyün qızı olacaq.