» » Milyarderin oğluna verdiyi qəribə adın mənası nədir?


6-cı dəfə ata olan məşhur milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask yeni doğulan körpəsinə verdiyi ad ilə bütün dünyanın diqqətini çəkib.

Sosial şəbəkədə oğlunun fotosunu paylaşan İlon ona “X Æ A-12 Musk” adını verdiyini, amma mənasını açıqlamamışdı.

Körpənin anası Kleyr Tvitter səhifəsində paylaşım edərək “Musk” soyadının yanındakı simvollara aydınlıq gətirib:

X - "Naməlum dəyişən"

Æ - Elfi yazıda Aİ kimi oxunur. Sevgi və ya süni
intellekt deməkdir

A-12 cütlüyün sevimli təyyarəsi və eyni zamanda A - "Archangel" - Kleyrin sevimli mahnısı

///axsam.az