» » Plastik əməliyyat zamanı qız öldü -


Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. 

O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bəs mətbuat  əməliyyatı  edən  həkimin adını  niyə  açıqlamır?

Oxu24.com-un əldə  etdiyi nəlumata  görə, gənc qızın ölümünə səbəb  olduğu iddia  edilən  həkim kifayət qədər tanınmış  simadır. Hətta  onun  adı  bir  neçə  dəfə  ölüm  faktında hallanıb. Buna baxmayaraq  həkim hələ  də  fəaliyyətini  davam etdirir.

Ətraflı faktları  əldə  etdikdən sonra  həkim haqda  geniş məlumatı  dərc  edəcəyik.

///Oxu24.com