» » “Bazarstore”da bədbəxt hadisə


Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.

Supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. 

Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

///qafqazinfo