» » “Azərişığ”ın əməkdaşını cərəyan vurub öldürdü


Bu gün günün ikinci yarısında Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində "Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub. 

Hələlik adı dəqiqləşdirilən Sabunçu Rayon Enerji Təchizatı  və Satışı İdarəsinin (RETSİ) əməkdaşı yerindəcə keçinib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
 
///Report