» » Qardaşı qızı: "Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır"


Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır.

Bu barədə APA-ya Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, Z. Xanlarova sağ-salamatdır və Bakıdakı evində ailəsi ilə birlikdədir: "Bu xəbəri yayanlara nə deyim, bilmirəm. 

Zeynəb Xanlarova haqqında bu cür sözlər yazıblar. O, sağ-salamat evindədir".