» » Aygünlə Filipp Bakı üçün sürpriz hazırlayır -


Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla yenidən eyni səhnəni paylaşacaq.

Bu haqda Filipp "Eurovision"la bağlı getdiyi İsraildə müğənni-bəstəkar Murad Arifə açıqlamasında deyib.

Filipp bildirib ki, iyulda keçirilməsi planlaşdırılan "Jara" festivalında tamaşaçılara sürpriz hazırlanır. O, Kazımova ilə duet oxuyacağını söyləyib:

"Aygünlə dostluq edirik. Mən o xanıma heyranam. Birlikdə bolqar mahnısı oxuyacağıq". 

Qeyd edək ki, Aygünlə Filipp illər əvvəl Moskvada da eyni səhnəni bölüşüblər. Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" iyulun 25-dən 28-nədək davam edəcək.



///Axsam.az