» » Cennifer Lopez Türkiyədə konsert verəcək


Dünyaca məşhur ABŞ-lı müğənni Cennifer Lopezdən Türkiyədəki fanatlarına sevindirici xəbər gəlib.

starxeber.az xəbər verir ki, latın mahnılarının sevilən ifaçısı bu dəfə Türkiyənin Antalya şəhərinin Serik rayonunda səhnəyə çıxacaq.

"Regnum Carya" hotel tərəfindən reallaşdırılacaq konsert avqustun 6-da baş tutacaq.

Məşhur beyzbolçu A-Rodla evlənməyə hazırlaşan Lopezin evlilikdən öncəsi “It's My Party” turniri ilə dünyanı gəzəcək.
Qeyd edək ki, müğənni konsertdə “On The Floor”, “Aint It Funny”, “Love Don't Cost a Thing” kimi hitləri ilə yanaşı, həm də ən sevilən mahnılarını ifa edəcək.