» » "Özünə menecer tap, diskdaşıyan yox" -


"Hər bir müğənninin yanında dörd köməkçi olmalıdır: disk daşıyan, mikrofon əlinə verən yox. Bunlar menecerlər olmalıdır: vokal, piar, konsert meneceri. O, proseslərin hamısı qeyri-professionallıqdan xəbər verir. İfaçıdan söhbət gedə bilməz. İfaçı reklam olunub, tanınıb. Sadəcə olaraq onu lazım olan yerə gətirmək lazımdır. Bunun üçün də dünyada istifadə edilən normativlər var. Günah müğənnidə yox, ətrafındadır".

starxeber.az xəbər verir ki, bu sözləri Xalq artisti Samir Cəfərov "Ay Zaur" proqramında deyib. Müğənni Damla ilə aralarında yaşanan qalmaqaldan bəhs edib.

O, aparıcı Zaur Kamalın "Demisiniz ki, həmin qızın filarmoniyada konserti ola bilməz" sözlərinə belə cavab verib: 

"Söhbət Damladan gedir. Bu ifaçının nə reklamı, nə piarı oldu. Konsert Gəncədə olmalı idi. Ona konsert üçün icazə verdim. Filarmoniyada hər kəsin konsert vermək ixtiyarı var. Ora ancaq klassik musiqi üçün deyil.

Üzümü tutub bütün ulduzlara deyirəm ki, özünüzə diskdaşıyan yox, menecer tapın. Biri çıxır reklam olunur, mahnı oxuyur, amma arxası gəlmir. Musiqi meneceri olmalıdır ki, yeni mahnılar tapsın, piar davam etsin".