» » “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”


Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

starxeber.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edilib:

“Atəşkəs rejiminin parametrləri əlavə olaraq razılaşdırılacaq”.