» » 5 ildir övlad arzusunda olan hərbçimiz üçəm atası oldu


Cəbhədə döyüşən hərbçimiz Nadir İbadovun 5 illik övlad həsrəti bitib.

Hərbiçimiz üçəm atası olub. Bu haqda AzTV süjet hazırlayıb. Bildirilib ki, N.İbadov ata olma xəbərini cəbhədə olarkən alıb.  

İki oğlu, bir qızı dünyaya gələn çavuş oğullarına qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qıza isə Mehriban adını qoyub.//axsam.az