» » Azərbaycanlı məşhurun 40 gün öncəki proqnozu DÜZ ÇIXDI -


İsrailin Təl-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

Yarışmanın qalibi 492 xalla Hollandiya təmsilçisi Dunkan Lourens olub. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşıb.  



starxeber.az Milli.az-a istinadla xəbər verir ki, təxminən 40 gün öncə aparıcı Günay Baxşəliyeva canlı yayımda Çingizin "Eurovision-2019" mahnı müsabiqəsini 7-ci yerdə bitirəcəyini bildirmişdi.

Günayın həyat yoldaşı Zaur isə daha nikbin proqnozu ilə diqqət çəkmişdi:

"Mahnı tutacaq. Məncə, ya 2, ya 3-cü yer olacaq".