» » Nəsib Nurun AzTV-dəki verilişi bağlandı


Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan "Anşlaq" verilişi yayımını dayandırıb.

Tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarıldığı da bildirilir.

Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib:

"Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir.

Tezliklə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq".

axsam.az