» » Hulusi Akar sevincini Zakir Həsənovla belə bölüşdü -


Türkiyə müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək görüş keçiriblər.

starxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar nazirlikdə Azərbaycan Ordusunu öz torpaqlarını işğaldan xilas etməsinə görə təbrik edib.