» » Türkiyədə bu gün COVID-19-dan 203 nəfər ölüb


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 203 nəfər ölüb.

starxeber.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda  196 902 nəfər koronavirus  testindən keçib, 6420 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 137   nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. 
Ağır xəstə sayı dünənlə müqayisədə 819 nəfər  artaraq 5836 olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək 545 711 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 103 nəfəri ölüb.