» » Türkiyədə koronavirusdan ölənlərin sayı artır


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 211 nəfər ölüb.

starxeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

O qeyd edib ki, son 24 saatda koronavirus testi 200 mini keçib. Bu gün 201 219 nəfər analiz verib, 6593 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 33 198 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı isə 5882 nəfər olub.

Türkiyədə indiyədək 552 304 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 314 nəfəri ölüb.