» » "Koronavirusdan gənc dayım öldü" -


Koronavirusdan sağalan aparıcı Elgiz Əkbər uzun fasilədən sonra efirə çıxıb.

starxeber.az   xəbər verir ki, o, "Elgizlə izlə" verilişində yaşadığı stressdən danışıb. Elgiz bildirib ki, dayısını koronovirusdan itirib:

"Xətəxanada öyrəndim ki, Covid 19-a yoluxan bir neçə xəstənin həyəcandan ürəyi partlayıb. Mən də həyəcanlanırdım. Dünyasını dəyişən məşhurların xəbərləri pis təsir etdi. Ən böyük zərbə isə gənc dayımı itirdim. O da Covid 19-a yoluxmuşdu.

Həkimlər gördülər ki, stressdən təzyiqim qalxır, halım getdikcə pisləşir, psixoloq gətirdilər. Dedilər, bu qədər ruh düşkünlüyü olmaz. Günün çox hissəsini məni yatızdırırdılar. Beləcə, virusdan canımı qurtara bildim".