» » Sumqayıt şəhərində bir ailə yaşadığı mənzili zibilliyə çevirib


Sumqayıtda bina sakinləri qonşuluqdakı mənzildən gələn kəskin ifunətli iylə bağlı narahatlıqlarını bildiriblər. 

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər, 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan Təranə Bəylərova evi elə bir hala salıb ki, üfunət iyi nəinki evi, hətta bütün binanı bürüyüb. 

Sözügedən mənzildə o, xəstə anası Humay Bəylərova ilə birgə yaşayır.

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənzil-istismar sahəsinin nümayəndəsi Qorxmaz Rəhimov bildirib ki, evin təmizlənməsi üçün tədbirlər görüləcək. 

Mənzil sahibinin psixi xəstə olduğu deyilir.