» » Şvartseneggerin qızı ərə getdi -


Cütlük 8 iyun tarixində dünya evinə girib
ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerin qızı Ketrin Hollivud aktyoru Kris Prattla ailə həyatı qurub.

“Tmz.com” saytı xəbər verir ki, cütlük 8 iyun tarixində dünya evinə girib.

Mənbənin yazdığına görə, Ketrinə Krisin toyu Montesitoda, dəbdəbəli San İsidro rançosunda keçirilib.

(qafqazinfo.az)