» » Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…”


Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

starxeber.az xəbər verir ki, yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

"Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar.

Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.