» » Bakıda polis maşını minik avtomobili ilə toqquşub


Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

starxeber.az-ın xəbərinə görə, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil "Opel Astra" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

//APA