» » Bu da Aygün Kazımovanın yeni klipindən


Xalq artisti Aygün Kazımova yeni klipinin tizerini paylaşıb.

starxeber.az xəbər verir ki, sənətçi “Bu qadın” adlı mahnısına Türkiyədə ekran həyatı verib. Şərh bölməsində "Sizi çox sevən bu qadın" yazan A.Kazımova öz doğum günü tarixini qeyd etməklə sevənlərinə yeni ekran işini doğum günü tarixində təqdim edəcəyinə işarə edib.

Qeyd edək ki, 26 yanvar tarixində ölkənin əsas ulduzunun 50 yaşı tamam olur.