» » Bəy toy günü qisas zəminində öldürüldü


Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

starxeber.az  report-a istinadən xəbər verir ki, Yeni Moskvada yerləşən klubların birində keçirilən toyda naməlum şəxslər bəy və qardaşına odlu silahdan atəş açıb.

Nəticədə hər iki şəxs hadisə yerində keçinib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bəy və qardaşını qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Bildirilib ki, qətllər qisas məqsədilə törədilib.