» » Dəniz quldurlarının öldürdüyü azərbaycanlı


Xəbər verdiyimiz kimi, ötən gün Türkiyəyə məxsus "M/V Mozart" yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qalıb.

starxeber.az xəbər verir ki, hücum zamanı gəminin ikinci mühəndisi, azərbaycanlı Fərman İsmayılov qətlə yetirilib.

Azərbaycan-Türkiyə XİN başçıları arasında baş tutan telefon danışığı zamanı İsmayılovun nəşinin Vətənə gətiriləcəyi bildirilib.

İlkin məlumata görə proses sabah baş tutacaq.