» » “Müalicəsini onun təqaüdü ilə etdirirəm, heç bir yerdən kömək yoxdur” -


Məşhur gitaraçı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü xanım sənətkarın müalicəsinin ayrı-ayrı şəxslər tərəfindən üzərinə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sənətkarın həyat yoldaşı “Ölkə.Az”a açıqlamasında qeyd edib ki, Xalq artistinin müalicəsinin onun təqaüdü ilə etdirir:

“Hazırda Rəmişə heç bir yerdən kömək yoxdur. Müalicəni yalnız təqaüdün pulu ilə edirəm. Ona başqaların tərəfindən yardım edilməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir”

Qeyd edək ki, Rəmişin uzun müddətdir səhhətində ciddi problemlər var.